Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı onlayn qaydada vətəndaşların növbəti qəbulunu keçirib

30 dekabr 2020 | 16:00

Naftalanda sakinlərin qarşılaşdığı problemlər və onların həlli həmişə diqqət mərkəzindədir. Pandemiya ilə əlaqədar olaraq  şəhər sakinləri ilə mütəmadi olaraq onlayn qaydada görüşlər keçirilir, onları narahat edən məsələlər həll edilir.
    Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilmişdir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən bir sıra məsələlər elə qəbul zamanı həll olunmuşdur. Həmçinin vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərə dair onlara müvafiq izahat verilmiş və ya  həlli ilə əlaqədar araşdırılıb müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.
      Qəbulda iştirak etmiş aztəminatlı ailələrə Şəhər İcra Hakimiyyəti tərəfindən sovqatlar təqdim olunub.
    Qəbula  gələnlər  onların müraciətlərinin  dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər