Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda asfaltlanma işləri davam etdirilir

23 dekabr 2020 | 16:00

Naftalan kurort şəhərində ilin əvvəlindən geniş vüsət alan abadlıq-quruculuq işləri bu gün də davamlı olaraq aparılır. Son dövrlərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri şəhərə tamamilə yeni görkəm bəxş edir.
    Hazırda vətəndaşların müraciətləri nəzərə alınaraq  şəhərin bir çox küçə, prospekt və məhəllədaxili yollarında təmir-bərpa işləri aparılır və yeni asfalt örtüyü salınır.
    Belə ki, Heydər Əliyev prospektində asfalt örtüyü salınmış, yol kənarlarına bordür düzülmüş və yol boyu 38 ədəd yağış suyu qəbuledici quraşdırılıb. S.Vurğun adına 2 nömrəli tam orta məktəbin və V.Namazov adına Körpələr evi-uşaq bağçasının ətrafında səkilərə asfalt vurulub.
    Həmçinin şəhid ailələri və əlillər üçün fərdi yaşayış evləri tikilmiş Qurban Namazəliyev adına yaşayış məhəlləsində yeni asfalt örtüyü vurularaq yeni yol çəkilib.

 

Keçidlər