Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu keçirilib

21 dekabr 2020 | 16:00

Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən  onlayn qəbulda vətəndaşların qayğı və problemləri ilə maraqlanılıb. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub.
    Bəzi məsələlər qəbul zamanı həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərə baxılması ilə bağlı müvafiq tədbirlərin görüləcəyi, aidiyyəti qurumlar qarşısında məsələlərin qaldırılacağı bildirilib.
   Qəbula  gələnlər  onların müraciətlərinin  dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər