Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilər evlərində ziyarət olunub

16 dekabr 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkili Anar Məmmədov, “Tək Millət Tək Ürək” Beynəlxalq Humanitar qardaşlıq Platformasının Koordinatoru Faiq Qurbanov, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədr müavini Səlim Akbay və idarə heyətinin üzvü Ender Kavuk ilə birlikdə şəhid və qazi ailələrini ziyarət ediblər.
    Millət vəkili Ramil Həsənin təşəbbüsü əsasında həyata keçirilən layihəyə çərçivəsində ziyarət olunan ailələrə yardım bağlamaları təqdim olunub və uşaqlara müxtəlif oyuncaqlar verilib.
     Görüşlərdə şəhid ailələrinə, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışılıb, Ali Baş Komandanımız möhtərəm cənab Prezidentimiz İlham Əliyevin əsrin dörddə birindən çox davam edən münaqişəni 44 gün ərzində həll etdiyini, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin daim dövlətin qayğısı ilə əhatə olunduqları vurğulanıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib. 
    Həmçinin Türkiyəli qonaqlar şəhid ailələrinin və qazilərin övladlarının gələcəkdə Türkiyədə təhsil almaq arzuları olarsa təhsil və qalma xərclərini qarşılamağı təklif edib və bu istək olduğu təqdirdə bununla fəxr edəcəklərini vurğulayıblar.
   Şəhid ailələri və müharibə iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər