Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı onlayn qaydada vətəndaşların növbəti qəbulunu keçirib
Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda vətəndaşların müraciəti, onların qayğı və problemləri dinlənilib. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub.
Dinlənilmiş bütün vətəndaş müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Qəbul zamanı bir neçə vətəndaşa müvafiq izahat verilib, bəzi qaldırılan məsələlərin həlli aidiyyəti qurum və təşkilat rəhbərlərinə tapşırılıb və onların həlli nəzarətə götürülüb.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qəbula gələn sakinlərə karantin rejimi qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb.