Naftalanda Çinar oteldə Novruz şənliyi.
Tədbir 20 mart 2014-cü il tarixdə Otelin direktoru Hacı Ömər Özkul tərəfindən yandırılan Bayram tonqalı ilə başlamışdır. Tonqalın ətrafında otel rəhbərliyi və xidmət personalı ilə bərabər, müxtəlf ölkələrdən gəlmiş qonaqlar da toplaşıblar.
Milli adət və ənənələrimizi özündə əks etdirən Novruz tədbirində aşıq musiqisi, pəhləvanların gostərdikləri məharətlər, musiqi kollektivinin biri-birindən gözəl ifaları çox böyuk maraqla qarşılanıb. Novruz şənliyi əcnəbi müsafilərin ürəyincə olub. Onlar bahar bayramı münasibətilə təşkil edilən şənliyi böyük maraqla izləyiblər.
Otelin həyətində 2 saat davam edən bayram şənliyi sonra otelin qış baxçasında müxtəlif xalqların milli musiqi və rəqs proqramları ilə yadda qalmışdır.