Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib
Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda vətəndaşların müraciəti, onların qayğı və problemləri dinlənilib. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub.
Dinlənilmiş bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Onlayn qəbul zamanı şəhər rəhbəri bir daha vətəndaşlara özlərinin və yaxınlarının sağlamlığı üçün karantin rejiminin qaydalarına riayət etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmaqlarını tövsiyə edib.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək xalqımızın tarixi bir günü yaşadıqlarını qeyd ediblər. Bildiriblər ki, hər biri bu tarixi qələbədən qürur duyur. Bu tarixi günü, bu qüruru bizə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Rəşadətli ordumuz bəxş etdiyini vurğulayıblar.