Naftalanda Bakı Tekstil Fabriki tərəfindən sakinlərə tibbi maska paylanılıb
Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində ticarət və iaşə obyektlərində və digər məkanlarda monitorinqlər aparılır. Operativ qərargahın qərar və tövsiyələrinin yerlərdə həyata keçirilməsinin icrası vəziyyəti yoxlanılır. Həmçinin şəhər ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılır və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Əhali ilə aparılan söhbətlər zamanı koronavirusla bağlı vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin vacibliyini bir daha qeyd edilib.
Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə sakinlərə tibbi əlcək, spirt və maskalar paylanılıb.