Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

20 mart 2014 | 16:00

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla tam təchiz olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır.
      Fevralın 17-dən indiyədək 4200 nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
     Tərtib edilmiş qrafikə əsasən ilkin olaraq şəhərin idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar tibbi müayinədən keçirilir. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
     Bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Müayinələr may ayının 1-nə kimi davam etdiriləcəkdir.
     Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq şəhər sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.
.

Keçidlər