Qarabağa həyat qayıdır
Azərbaycanın Şanlı və Müzəffər Ordusu Şuşa şəhərini işğaldan azad etdikdən sonra tarixi adı bərpa edərək şəhərin girişində müvəqqəti konstruksiyanı yeniliyərək ŞUŞA adını bayrağımızın rəngləri ilə canlandırıb quraşdırıb. Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışı əlamətdar və tarixi hadisədir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir.
Şuşanın işğaldan azad edilməsi Azərbaycanın Şanlı Qələbəsinin rəmzidir. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Müzəffər Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Hansıki bunu Şücayətli Ordumuz bacardı. Azərbaycan xalqı öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır. Vahid Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq.
Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edərək, bütün inzibati binaları, ictimai binaları, məktəbləri, tibb ocaqlarını tikəcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Xarici və yerli şəhərsalma mütəxxəsislərinin iştirakı ilə Qarabağda tamamilə modern bir şəhərsalma planı qurulacaq. Şəhər və kəndlərin infrastrukturu yeniləşəcək və ekoloji tarazlıq bərpa olunacaq. Bununla da yaşadığımız bölgəyə barışıq gətirən Azərbaycan dövləti regionun inkişafının təminatçısına çevriləcək.
44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir.
Azərbaycan xalqının cəlladları öz haqlı cəzalarını yaşayırlar. Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi. Güc və həmrəylik rəmzi olan dəmir yumruq düşməni diz çökdürdü. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müqəddəs və şanlı üçrəngli bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək.
Bütün dünya erməni vandalizm aktlarının şahididir. Mənfur düşmən vəhşiliklər törədərək evləri və məktəbləri yandırır, ağacları və elektrik xətlərini qırır. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir.
Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. İşğal edilmiş bütün ərazilərdə evlər dağıdıb, bütün infrastruktur dağıdıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsi silmək istəyib.
Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir. İnsaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir.