Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilib

16 noyabr 2020 | 16:00

Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda vətəndaşların müraciəti dinlənilib, onların qayğı və problemləri ilə maraqlanılıb. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub.
    Bəzi məsələlər qəbul zamanı həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərə baxılması ilə bağlı müvafiq tədbirlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırlıb.
    Qəbula gələnlər  onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək xalqımızın tarixi bir günü yaşadıqlarını qeyd ediblər. Bildiriblər ki, hər biri bu tarixi qələbədən qürur duyur. Bu tarixi günü, bu qüruru bizə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz bəxş etdiyini deyiblər.

 

Keçidlər