Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanlılar Şuşanın işğaldan azad olunmasını və “9 noyabr - Dövlət Bayrağı” gününü böyük sevinc və coşqu ilə qeyd ediblər

09 noyabr 2020 | 16:00

Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışından sonra ölkəmizin hər yerində olduğu kimi  kurort şəhəri Naftalanda da bu qələbə sevincini, eləcə də  “9 noyabr - Dövlət Bayrağı” gününü bayram etmək üçün şəhərin ərazisində yürüş keçirilib. "Qarabağ Azərbaycandır", Qarabağ bizimdir, bizim olacaq", "Şuşa musiqimizin beşiyidir" şuarlarını səsləndiriblər.
    Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər ağsaqqalları birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və ruhunu ehtiramla yad ediblər.
    Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin  həyat və fəaliyyəti haqqında danışılıb və onun Azərbaycan xalqının səadəti yolunda etdiyi fədakarlıqlar bir daha xatırlanıb.
    Daha sonra  bugünkü  inkişafının məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsi olduğunu  vurğulayan şəhər rəhbəri Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyini  bildirib.
     Qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizin tarixini yenidən yazır. Müzəffər Ali Baş Komandanımızın Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi illərdir həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və milli qürur hissi yaşadır.

 

Keçidlər