Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Novruz bayramı” təntənə ilə qeyd olundu.

17 mart 2014 | 16:00

17 mart 2014-cü il tarixdə Naftalan şəhərində xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibətilə ümumşəhər şənliyi keçirilmişdir.
    Naftalan  şəhər  stadionunda keçirilən el şənliyində şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhər əhalisini təbrik edərək onlara müqəddəs bayramda sevinc və xoşbəxlik arzulayıb.
    Şənlik konsert proqramı ilə davam etdirilib. Novruzun simvolları olan bahar qız, kosa, keçəl və  insanlarda xoş ovqat yaradıb. Tədbir keçirilən  meydanda milli musiqinin sədaları altında kəndirbazların məharəti, idmançıların çıxışları,  bayram tədbirinə daha da rəng qatmışdır.
    Maraqlı və yüksək əhval-ruhiyyədə keçən tədbirin sonunda atəşfəşanlıq olub.

Keçidlər