Ali Baş Komandanın qələbə iradəsi
Müdrik siyasətçi, vətənini xalqını ürəkdən sevən, dəqiq və qətiyyətli çıxışlar edən, düşmənə bütün qəlbi ilə nifrəti olan, sözündən dönməyən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezidentimizin rəhbərliyi altında Müzəffər Ordumuzun uğurlu mübarizəsi nəticəsində bir çöx şəhər və kəndlərimiz işğaldan azad olunur.
20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.
Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasının siyahası günbəgün artır. İndiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.
Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır.
Ermənistan Qarabağ müharibəsi ilə yalnız Azərbaycan dövlətinin və xalqının itirdiyini və məğlubiyyətə uğradığını düşünürdü. Bu gün birinci müharibədən 30 ilə yaxın bir zamanın keçdiyi dövr ərzində düşmən heç nə əldə etməyib. Ona görə də bugün onlar çox məğlub və acınacaqlı durumdadırlar. Qazandıqları sadəcə həmin torpaqlardan didərgin düşməyə məcbur qalmış bizim insanlarımıza aid olan və müharibə səbəbindən xarabalıqlara çevrilmiş yarımtikililərdə, hər an ölüm təhlükəsi ilə səksəkədə və ibtidai icma dövrünə aid şəraitdə yaşamaq oldu. Ancaq Azərbaycan və Azərbaycanlılar üçün bu müddət öz doğma yurdlarına olan sevgi və həsrət, insanlarımızın mübarizə və mücadilə ruhunu inanılmaz şəkildə artırdı.
Bu gün məkrli düşmən faşizm ideologiyasına xidmət edən bir dövlətə sahibdir. Düşünəndə ki, övladları bizə aid olan Füzulidə, Ağdamda, Cəbrayılda və digər ərazilərdə işğaldan savayı hansı məhfumun uğrunda ölürlər?! Hazırda övladları dövlətlərinin cinayətkar rəhbərliyinin əsassız ambisiyalarına qurban getməklə həyatlarını itirirlər.
Azərbaycan övladları bugün həyatlarını itirməklə şəhadətə yetişirlər. Bizim övladlarımız vətənləri, torpaqları, döğma yurdları, dağıdılmış məscidləri, xarabazara çevrilmiş ata-baba qəbirləri və digər müqddəs amalları uğrunda həyatlarını fəda edirlər. Çünki bu torpaqlar, altında üstündə olanlarla birikdə bizlərə aiddir.
Biz əminik ki, Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.
Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır.
Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur.
Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib.
Azərbaycan yumruğu sadəcə düşmənin başını yaran yumruq deyil. Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir.
Əzəli və əbədi torpağımız Qarabağın azadlığı uğrunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün hərbi və siyasi mübarizəsi nəticəsində tezliklə Mübariz Ordumuz Qələbə çalacaq! Qarabağ Azərbaycandır!