Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin yoluna sadiqik

17 oktyabr 2020 | 16:00

2003-cü ildə ilk dəfə Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevə etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Ulu Öndər  Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.
    Azərbaycanımızın Müzəffər Ordusu  doğrudan da erməni işğalçılarını əzməklə çox böyük şücayət göstərir. Birmənalı tərzdə deyə bilərik ki, Azərbaycan dövləti və onun ordusu çox böyük gücə malikdir.
Bu gün Ermənistan quldur və faşist  dövlət kimi davranır və onu dəstəkləyənlər qətliamın əsl günahkarlarıdır. Bütün dünyaya bəllidir ki, Ermənistan döyüşmür, qatil kimi cinayət işləyir. Cəbhədəki erməni təxribatının qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qətiyyət, mübarizlik, hücum taktikasına əsaslanan fəaliyyəti  Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir. Cəmiyyətin bütün sferaları, o cümlədən QHT-lər, KİV-lər, və sadə vətəndaşlar Azərbaycan Silhalı Qüvvələrinə dəstək nümayiş etdirir. Söz yox ki, bütün bunların əsasında Azərbaycan dövlətinə və xalqına bağlılıq dayanır.  Azərbaycan cəmiyyətinin bütün nümayəndələri ordu ilə həmrəylik nümayiş etdirir.
    Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiki kimi,”Bu gün Azərbaycan kiminsə torpağını işğal etməyib və müharibədə aparmır. Bu gün Azərbaycan öz toppaqlarının azadlığı uğrunda, geri qaytarılması uğrunda mübarizə aparır”.
    Möhtərəm Prezidentimizin  Türkiyənin “A Haber” TV kanalına verdiyi müsahibəsində vurğuladığı fikirlərdə aydın olur ki, Azərbaycan dövləti Cənubi Qafqazın ən nəhəng dövlətinə və böyük güc mərkəzinə çevrilib.
     Azərbaycanın  dünyada nüfuzlu bir ölkəyə çevrilməsi dövlət başçımızın apardığı daxili və xarici siyasətin nəticəsidir.
    Ermənistan məğlub olduğunu görüb atəşkəs istədi. Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. 
    Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu  Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 230-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv edilib. Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir.
    Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir. Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı.
    Türkiyənin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.
    Həmsədr ölkələr tərəfsizliklərini qorumalıdır Fransa həmsədr kimi bitərəf olmalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə kimi Fransanın addımları və yanaşması müsbətdir. Rusiya Prezident ofisindən verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir.
    Qonşu ölkələr tərəfsizliyi qoruyur  İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkür edirik.
    Möhtərəm Prezident cənab İlham Əliyevi ən çox kədərləndirən Azərbaycanın itkiləridir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır.
      Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız, cənab İlham Əliyev ən qısa zamanda nümunəvi ordu yaratdı, istedadlı siyasətçi, sərkərdə və yüksək diplomatik  keyfiyyətlərini nümayiş etdirərək bu uğurlara imza atdı. Tanrı Ali Baş Komandanımızı və millətimizi qorusun!

Keçidlər