Şriftin ölçüsü :

Saytın rəngi :

Düşmən müzəffər Azərbaycan Ordusu qarşısında diz çöküb

16 oktyabr 2020 | 16:00

Uzun illərdir ki, Azərbaycan xalqına  və dövlətçiliyinə qarşı ermənilər tərəfindən törədilən cinayətlər hazırda da davam etdirilir.  İşğalçı Ermənistan və onun cinayətkar ruhlu rəhbərliyi özlərinin terrorçu, qeyri-insani və vəhşi xarakterli vərdişlərini tərk edə bilmirlər. Azərbaycan dövləti və ordusu ən düzgün mövqedədir. Çünki Azərbaycan terror dövləti deyil. Və nə olursa olsun Azərbaycan  heç bir halda terrorun və ya terrorçunun yanında yox, onların qarşısında mövqe tutur.
   Bu gün açıq döyüş meydanında işğalçı Ermənistan özünün gücsüzlüyünü və acızliyini bir daha dərk etdikdən sonra yenidən terrora əl atmaqdadır. Çünki cəbhədəki heç bir qarşıdurmaya duruş gətirə bilmir. Cəbhəboyu bütün istiqamətlərdə məğlub olmaqla mövqelərini və işğal etdiyi əraziləri ard-arda itirməkdədir.  Ermənistan çox gözəl başa düşür ki, Azərbaycan ordusu iki həftə ərzində onların 30 ilə yaxın dövrdə ciddi eşelonlaşdırılmış çoxzolaqlı müdafiə xəttini qırmaqla və keçilməz coğrafi əraziləri aşmaqla artıq işinin ən çətin hissəsini görmüşdür. Bu da onu deməyə əsas verir ki, Ermənistan sərhədlərinə qədər Azərbaycan Ordusunun önü açılmışdır.
   Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibəsi  bir daha dünyaya Azərbaycanın yolundan dönməyəciyini bəyan etdi.
Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür.
   Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər.
   Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq.
    Dövlət başçısı bildirdi ki, “Türkiyə hər zaman olduğu kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəklədi. Türkiyə Azərbaycanla qardaş ölkədi. Türkiyə Azərbaycana hərbi yardım edir. Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı”.
Pakistan da  Azərbaycanın haqq işini dəstəklədi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama verdi.
    Azərbaycan dövləti təkcə apardığı haqq müharibəsi ilə deyil, həm də, bu müharibədə qısa zamanda əldə etdiyi və edəcəyi böyük qələbə ilə düşmən Ermənistana havadarlıq edənlərə çox böyük yanlışa yol verdiklərini isbatlayacaq. Bütün bunlara  görədə də, biz məkrli düşmənin istədiyinə və planına uyğun deyil, öz istədiyimizə və planlarımıza uyğun olaraq yalnız müharibə cəbhəsində sürətlə irəliləməliyik, hansıki bugün Azərbaycanın Mübariz Ordusu irəliləyir.
     Atəşkəs imkan verəcək ki, bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun. Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar.
Möhtərəm Prezident cənab İlham Əliyev vurğulayıb  ki, “Moskva anlaşmasında Azərbaycanın maraqlarına cavab verən maddələr qane edici idi. Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, Azərbaycan üçün  məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bundan xəbərimiz yox idi. Xarici İşlər naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir”.
    Bu gün Azərbaycan xalqı tarixdə olmadığı qədər güclü birlik nümayiş etdirib Ali Baş Komandan cənab İlham Əliyevə dəstək verir. Torpaqlarımız kənd-kənd, oba-oba azad olunur. Biz bütün qorxuları aşmışıq, işğalçını cəzalandırmaq əzmindəyik və bunu da edəcəyik. Hansı havadarı Ermənistana kömək edirsə etsin, heç bir dövlətin nizami ordusu gəlib Qarabağda döyüşəsi deyil. Torpaq Azərbaycana məxsusdur. Azərbaycan xalqı bir ölüb, min doğulacaqdır. Qarabağ Azərbaycandır

Keçidlər