Qəhrəman Azərbaycan əsgəri
Sentyabrın 30-da möhtərəm Prezident cənab İlham Əliyev və birinci xanım hörmətli Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüb.
Cənab Prezident İlham Əliyev görüş zamanı vurğuladığı fikirlər hər bir vətəndaş üçün çox böyük önəm kəsb edir.” Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Düşmən anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək ,1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir”.
Azərbaycannın döyüş ruhu, qələbə əzmi və sağlam mənəvi-psixoloji mühitlə silahlanan Şanlı Ordusu var. Döyüşə atılaraq Vətəni qorumaq naminə düşmənə qalib gəlməyi qarşısına məqsəd qoyan ordunun, əsgərin mənəvi gücü, vətənpərvərliyi silahının vahiməsini daha güclü edir. Bu da düşmənin pərən pərən salınmasına, asan darmadağın edilməsinə imkan verir. Bu gün Azərbaycan əsgəri həmin şücayəti göstərir, Azərbaycan əsgəri tam heyətlə yerindədir.
Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Biz inanırıq ki, Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərimiz həkimlərimizin köməkliyi ilə tezliklə sağalacaq və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdacaqlar. Hər bir əsgərimizdə bu gün yüksək döyüş ruhu var ki, bu da xalqımıza qələbə qazandıracaqdır. Bütün yaralı əsgər və zabitlərimiz o arzu ilə yaşayırlar ki, tezliklə sağalıb Vətən uğrunda haqlı savaşını davam etdirsinlər.
Ali Baş Komandanımız cənab İlham Əliyevdə hərbi qulluqçularla görüşlərində ideoloji işin milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə istinad edərək aparılmasının əhəmiyyətini xüsusilə vurğulayır. Bu gün Azərbaycan cəmiyyətində, Ordumuzda məhz elə bir əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız müzəffər ordumuza böyük inam bəsləyir. Düşmən ordusunu bizim əsgərimizdən zəif, aciz edəndə məhz onun müsbət ideoloji aspektlərdən anlayışsız olmasıdır. Nə üçün vuruşduğunu düzgün anlamayan, kimin üçün savaşdığını dərk etməyən erməni əsgərinin zəifliyi, qorxaqlığı son günlərin döyüşlərində özünü açıq-aydın büruzə verdi. Erməni əsgəri silahını atıb qaçmağa üz tutdu ki, bu gün onun şahidi olduq. İnamsızlıq ümüdsizlik doğurur ki, bununda nəticəsində əsgərin iradəsi zəifləyir. Düşmən ordusunun hal-hazırki psixoloji durumu bu vəziyyətdədir.
30 ildir ki, səmərəsiz danışıqlar və kağız üzərində qalmış bəyanatlar bugünə qədər Azərbaycan dövləti üçün heç bir nəticə hasil etməyib. Ona görə də indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir. Azərbaycan öz dostlarını tanıyır və edilən yaxşılığı unutmur. Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.
Məsuliyyətli Azərbaycan ölkəsi faşist Ermənistan rəhbərliyinə bugünkü gün belə dəfələrlə xəbərdaqlıq etməsinə baxmayaraq Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutur. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur.
Azərbaycan qadınına, anasına məxsus qayğı və mərhəmət hissi hörmətli Mehriban xanımın timsalında təcəssüm edir. Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir
Gedən qızğın döyüşlərə baxmayaraq cəbhə bölgəsində yaşayan bütün soydaşlarımız yaşadığı yeri tərk etmir,“Vətən sağ olsun” deyib ordumuza güvənirlər.
Ali Baş Komandanımız cənab İlham Əliyevin verdiyi tapşırıqlar əsasında Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərib, Vətən uğrunda şərəflə vuruşub zəfər çalıb, öz adlarını Azərbaycan tarixinə yazdıracaqlar.