Azərbaycanda hərbi vəziyyətin elan olunması milli birliyə çağırışdır
2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən ölkədə hərbi vəziyyət elan olunur. Hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir. Bu gün Azərbaycan dövləti nə qədər sivil bir dövlət olduğunu bir daha dünyaya sübut etdi. 30 ildir ki torpaqları işğal altında olan Azərbaycan bu gün tarix boyu təcavüzlər və təxribatlar törədən Ermənistandan təslim olmalarını istəyir ki, döyüş zamanı düşmənin itkiləri çoxalmasın. Bu da bir daha insani hisslərin bariz nümunəsidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev cəbhəboyu vəziyyəti bütün beynəlxalq təşkilat və qurumlara olduğu kimi bildirib, regionun sabitliyi üçün Ermənistanın tezliklə təcavüzü dayandırmalı olduğunu və sülh,ədalətin bərqərar olmasının vacibliyini vurğulayıb: “ Dünya biməlidir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir.Bu haqqımızı dünya birlikləri təmin etsin.Qarabağ məsələsinin arxasında bütün xalq dayanıb, bütün insanlarımız bu savaşın içinə könüllü atılırlar. Hər bir vətəndaş böyük ruh yüksəkliyi ilə dövləti dəstəkləyir. Azərbaycanda xalqla vətəndaşla hesablaşan,açıq hesablılıq sistemi ilə fəalliyyət göstərən demokratik dövlət bərqərar olub və bu dövlət də öz torpaqlarını işğaldan azad edəcək.Bütün bu proseslər bir daha göstərir ki, Azərbaycan dövləti cəbhədə uğur qazanıb, beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirir”.
Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Hərbi vəziyyət Ermənistanın işğal siyasətinə cavabdır. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.
Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.
Uzun illərdir ki, səbirsizliklə gözlənilən an gəlib çatıb. Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunmasının zamanıdır. Azərbaycan xalqı böyük iradə və əzmlə hərbi vəziyyətin və komendant saatının tələblərinə əməl etməyə hazırdır.
Hər zaman olduğu kimi bugun də Xalq Ali Baş Komandanımızın arxasındadır və böyük ümid inam hissi ilə tarix yazacaq olan əsgərlərimizdən Qələbə xəbəri gözləyir.