Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı
Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Riyakar və qeyri-konstruktiv siyasət aparan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi, həmçinin, təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.
Dərin təəssüf hissi ilə deməliyik ki, düşmənin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında itkilərimiz var. Əlbətdə Azərbaycan Respublikasının Prokurorluq əməkdaşları və hərbi prokurorluq əməkdaşları baş vermiş hadisələrin tam təfərrüatları araşdırıldıqdan sonra məsələyə hüququ qiymət veriləcək. Hadisələrin gedişatı bir daha onu deməyə əsas verir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən biz bütün çətinliklərə baxmayaraq çox ayiq-sayıq və hazır olmalıyıq.
Azərbaycan xalqının birliyi, müabarizliyi göstərir ki, Dağlıq Qarabağ mübarizəsi və savaşı ümumxalq mübarizəsidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilən bütün tapşırıqlar hökümətin hər zaman olduğu kimi bu gün də xalqa arxalandığını sübut edir. Çünki, Azərbaycanda xalq və ordu birliyi var. Onminlərlə insanın orduya könüllü yazılması, eləcədə təxribatlar zamanı öz evlərini tərk etməmələri kimi faktlar xalq və ordu birliyinin bariz nümunəsidir.
Az bir müddət ərzində cəbhədən aldığımız zəfər xəbərləri xalqın ruh yüksəkliyini daha da artırır. Və nümayiş olunan ruh yüksəkliyi qələbəyə zəmin yaradır. Azərbaycan dövləti və xalqı orduya çox böyük inam və güvən göstərir. Çünki ölkə başçısı tərəfindən ordu quruculuğuna çox böyük diqqət var, hərbi gücün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərindən olduğunu göstərir.
Azərbaycan dövlətinin mübarizəsi haqq mübarizəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin söylədiyi: “ Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini ifşa edir.
27 Sentyabr tarixində milli ordumuzun əks əməlliyatları nəticəsində 7 yaşayış məntəqəsinin və 2 hündürlüyün işğaldan azad olunması Azərbaycan xalqını böyük qələbəyə daha da yaxınlaşdırır.
Bütün xalq doğma Qarabağımızı düşmən tapdağından azad etmək naminə Ali Baş Komandanın ətrafında sıx birləşib səfərbər olaraq, Rəşadətli Azərbaycan Ordusuna mənəvi güc və ruh mənbəyi olacaq. Çünki bu gün Xalqın və Ordunun bir yumruq kimi birləşərək düşmənə həlledici zərbənin endirməsi zamanıdır, həqiqət anıdır. Hansıki, Ədalətin və Qəhrəmanlığın, Rəhbərin və Xalqın birliyinin qüdrətinin zəfər çaldığı həqiqət anı.