Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Riyakar və təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi, həmçinin, təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər və hələdə törətməkdə davam edirlər.
Axşam saat 18:00 radələrində xəyanətkar düşmənin atdığı top mərmisi Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşərək bütov bir ailənin faciəsinə səbəb oldu. Nəticədə ailənin beş üzvü, Qurbanov Elbrus İsa oğlu-24.11.1951, həyat yoldaşı Qurbanova Şəfayət Novruz qızı-22.02.1956, gəlini Əmirova Afaq Dəmir qızı-12.01.1981, nəvələri Qurbanov Şəhriyar Nadir oğlu-30.11.2007 və Qurbanova Fidan Elşən qızı-01.03.2006 həlak oldu. Hər ikisi məktəbli olan bu uşaqlar azğın düşmən təxribatının günahsız qurbanlarıdır.
Gələcəklə bağlı tükənməz arzuları olan yeniyətmə Fidan mənfur düşmənin atdığı top mərmisi nəticəsində kiçik qəlbində çox böyük arzular apardı. Əmisi oğlu Şəhriyarda məktəbin ən fəal, əlaçı şağırdi olduğuna baxmayaraq futbolada çox böyük marağı var idi. Şəhərin futbol klubunun üzvü idi. Bəlkədə gələcəyin ən yaxşı futbolçusu elə Şəhriyar olacaqdı ki, iyrənc xislətə malik düşmənin atdığı mərmi onu haqqa qovuşdurdu.
Qurbanov Şəhriyarın futbola çox böyük həvəsi olduğundan Naftalan şəhər Gənclər və İdman idarəsinin nəzdində fəalliyyət göstərən UGİM-in yeniyetmələrdən ibarət U-11 futbol komandasının üzvü idi.
FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) 13 yaşlı Şəhriyarın ölümü ilə əlaqədar baş sağlığı ünvanlayıb və dərindən kədərləndiklərini bildirmişdir.
Dinc əhalini hədəf alan düşmənin atdığı top mərmiləri Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində bir neçə evi yararsız hala salıb. Bədəlov Fizuli Şəmsəddin oğlunun yaşadığı evin həyətinə düşmüş mərmi evə zərər yetirmiş və dağıntıya səbəb olmuşdur. Həmin vaxt digər kənd sakini Babayeva Səmayə Qarakişi qızının da yaşadığı evə top mərmisi düşərək evi darmadağın etmiş, ev yanmışdır.
Həmçinin erməni silahlı bölmələri tərəfindən atılan artilleriya atəşi nəticəsində Naftalan şəhər dairəvi yolunda VAZ 21-013 markalı 22-BB-190 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin kimi əyləşən kənd sakini Əliyev Şahvələd Musa oğlu da xəsarət aldığından Naftalan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.
Dinc sakinlərimizə və vətən üçün qəhrəmancasına canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bayrağının qısa müddət sonra Xankəndində dalğalanacağına əminik!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!