Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan sakinlərinin rahatlığı təmin edilir

25 sentyabr 2020 | 16:00

Ölkəmizin  sağlamlıq turizminin əsas mərkəzlərindən olan və unikal müalicəvi əhəmiyyətli neftinə görə dünyada böyük şöhrət qazanmış Naftalanda sakinlərin və turistlərin rahatlığının təmin olunması üçün son illər şəhərin bütün infrastrukturunun inkişafına diqqət daha da artırılmışdır. Həyata keçirilən  tədbirlər nəticəsində vətəndaşların həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Təmir-bərpa işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri əsaslı təmir olunmuş, binadaxili və şəhərdaxili bütün kommunikasiya xətləri yenilənmişdir. Çoxmərtəbəli yaşayış binalarının bloklarında təmir işləri aparılıb, parklarda yeni pilot layihə-alternativ enerji mənbələrindən istifadə edilərək yeni işıqlandırma sistemi quraşdırlıb.
    Hazırda sakinlərin istək və maraqları nəzərə alınaraq çoxmənzilli binaların qarşısında sakinlərin istrahəti üçün yeni oturacaqlar qoyulur.
    Bununla yanaşı şəhər ərazisində məişət tullantılarının vaxtında daşınması, tullantı meydançası ətrafının və zibil konteynerlərinin təmiz saxlanılması, sanitar qaydalara uyğun təmizliyi ciddi nəzarətdə saxlanılır. Hazırda zibil konteynerlərinin yerləşdiyi tullantı meydançasının divarları təmir olunur və rənglənmə işləri həyata keçirilir. Mərkəzi küçələrin yol kənarlarındakı köhnəlmiş zibil qutuları yeniləri ilə əvəz olunur.
    Naftalan şəhərində davamlı olaraq həyata keçirilən tikinti-quruculuq, təmizlik  layihələri sakinlərimizin problemlərinin həllinə, onların rahatlığına yönəlib.

 

Keçidlər