Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri evlərlə təmin olundu

22 sentyabr 2020 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tikilən 12 fərdi yaşayış evindən tikintisi başa çatdırılmış 6 ev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
     Tədbirdə möhtərəm cənab Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edilib. Möhtərərm Prezidentimizin sosial sahəyə xüsusi qayğı göstərdiyini və bunun daha bir təzahürü kimi həssas əhali qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyi diqqətə çatdırılıb.
      Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq artırılması yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
       Evlərin təqdim edilməsi tədbirində Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov iştirak edib.

 

Keçidlər