Şriftin ölçüsü :

Saytın rəngi :

12 Avqust-Beynəlxalq Gənclər Gününə həsr edilmiş tədbir keçirilib

12 avqust 2025 | 14:18

Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Şəhər Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər, turistlər iştirak edib.

İlk olaraq Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirilib.

Tədbirdə çıxış edənlər iştirakçıları Beynəlxalq Gənclər günü münasibətilə təbrik ediblər. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında mühüm rol oynamış, bu sahədə dərin izlər buraxmışdır. Bu gün ölkəmizdə gənclər siyasəti yeni bir mərhələyə qədəm qoyaraq, mahiyyət və keyfiyyət baxımından daha da təkmilləşmişdir. Xüsusilə istedadlı gənclərin aşkarlanması və onların dəstəklənməsi istiqamətində ciddi addımlar atılır. Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi və ardıcıl siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edərək dünyanın qabaqcıl ölkələri sırasında layiqli yerini tutmuşdur.

Tədbirdə istedadlı gənclərin əl işlərindən və rəsm işlərindən ibarət sərgi təşkil olunub.

Keçidlər