Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu keçirilib
Sentyabrın 7-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun onlayn qaydada vətəndaşlarla növbəti qəbulu keçirilib.
Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda 20-dən çox vətəndaşın müraciəti dinlənilib, qayğı və problemləri ilə maraqlanılıb. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub.
Bəzi məsələlər qəbul zamanı həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq şöbələrə və idarələrə tapşırıqlar verilib.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.