Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı təmir işləri aparılması nəzərdə tutulan binaların bloklarına baxış keçirib

28 avqust 2020 | 16:00

Son illər kurort  şəhəri Naftalanda turizmlə bərabər şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılmışdır. Həyata keçirilən  tədbirlər nəticəsində vətəndaşların kommunal sahədə mövcud olan bir sıra problemləri öz həllini tapmışdır. Aparılan tikinti,  abadlıq-quruculuq, təmir-bərpa və yenidənqurma işləri bu gün də davam etdirilir.
   Şəhərdəki 31 çoxmənzilli yaşayış binasının fasadı aqlay daşla üzlənmiş, işıqlandırılmış, dam örtükləri xüsusi dizaynla əsaslı təmir olunmuş, plastik pəncərlər quraşdırılmış,  girişlərə  dəmir qapılar qoyulmuş, girişlərin qarşısına dekorativ tamet daş döşənmişdir. Binadaxili və şəhərdaxili bütün kommunikasiya xətləri yenilənmişdir.
     Həmçinin aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərdəki çoxmənzilli yaşayış binalarının blokları da əsaslı təmir olunur. Bloklarda aparılacaq təmir işlərində həmçinin elektrik enerjisinə qənaət üçün foto-relelərdən istifadə edilməsi nəzərdə tutulub.
     Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bloklarda təmir işləri aparılması nəzərdə tutulan digər binalara baxış keçirib, aidiyyəti üzrə tapşırıq  və tövsiyələrini verib.
      Qeyd edək ki, bu işlər mərhələli şəkildə şəhərin bütün binalarını əhatə edəcəkdir.

 

Keçidlər