Naftalanda “Bədən Tərbiyəsi və İdman günü” qeyd edilib
06 mart 2014 | 16:00
05 mart 2014-cü il tarixdə Bədən tərbiyəsi və İdman günü ilə bağlı Naftalanda tədbir keçirilib. Tədbirdə çıxış edən Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi bildirib ki, bu tarix Prezident cənab İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.
Daha sonar şəhər stadionunda cüdo, futbol, voleybol və digər idman növləri üzrə yarışlar keçirilmiş, 50-yə yaxın idmançının iştirakı ilə ümumşəhər sağlamlıq krosu keçirilmişdir. Yarışların qalibləri şəhər Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif edilmişdir.