Naftalanda AQTA tərəfindən hazırlanmış posterlər aidiyyəti üzrə yerləşdirilib
Naftalan şəhərində COVİD-19-a qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də davam etdirilir.
Nazirlər Kabineti “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərar verib.
Qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib. Qərarın icrası ilə əlaqədar AQTA tərəfindən hazırlanmış, ictimai iaşə müəssisələrində müştəri qəbulu ilə bağlı məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər Naftalan şəhərində fəaliyyət göstərən ictimai-iaşə müəssisələrinin giriş qapılarında, qida qəbul yerlərində və digər görünən yerlərdə yerləşdirilmişdir.