Şriftin ölçüsü :

Saytın rəngi :

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Naftalanda növbəti dəfə birgə reyd keçiriblər

19 avqust 2020 | 16:00

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə mütəmadi olaraq ticarət, ictimai-iaşə və xidmət obyektlərində, banklarda, həmçinin turizm obyektlərində əhalinin müəyyən olunmuş qaydalara və sanitar-epidemioloji tələblərə əməl etmələrinin  vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək məqsədilə reydlər keçirilir.
    Bu çərçivədə növbəti reyd Şəhər İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri ilə birgə ictimai iaşə və şəhərdə fəaliyyət göstərən turizm obyektlərində həyata keçirilib. Sahibkarlıq subyektlərinə  ictimai iaşə müəssisəsinin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

 

Keçidlər