Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları ilə birgə Naftalanda növbəti dəfə reyd keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə şəhər ərazisində fəaliyyət göstərən ictimai iaşə, ticarət və digər sahibkarlıq subyektlərində növbəti reyd keçirilib, sahibkarlarla profilaktik söhbətlər aparılıb, karantin rejimi qaydaları izah olunub.
Reyd aparılmış müəssisələrdə xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin qorunmasının və gigiyena qaydalarına düzgün riayət olunmasının vacibliyi xatırladılıb və ciddi xəbərdarlıqlar edilib.
Reyd zamanı karantin rejimi qaydalarını pozduğuna görə “Möcüzəli Naftalan- Sağlamlıq Mərkəzi” MMC-yə və iki kiçik sahibkarlıq subyektinə inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə tətbiq olunub.
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən zəruri tədbirlər bundan sonra da davam etdiriləcək.