Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir.
Şəhər ərazisində və kəndlərdə fəaliyyət göstərən mobil qruplar tərəfindən karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ticarət, ictimai iaşə və vətəndaşların daha çox müraciət etdiyi obyektlərdə gündəlik olaraq reydlər davam etdirilir.
Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha obyekt sahiblərinin, işçi heyətin və sakinlərin diqqətinə çatdırılmışdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini pozan şəxslər barəsində inzibati qaydada tədbir görülüb. Eyni zamanda, əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya da riayət olunması barədə geniş təbliğat-izahat işləri aparılır.
Qeyd edək ki, şəhər ərazisndə və kəndlərdə pandemiyaya qarşı mübarizə tədbirlərinə nəzarəti gücləndirmək məqsədi ilə aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir.