Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda COVİD-19-a qarşı kompleks tədbirlər davam etdirilir

29 iyul 2020 | 16:00

Koronavirus infeksiyasının yayılması hallarının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
   İnfeksiyaya qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə   yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də davam etdirilir.
   Sadə gigiyena qaydalarına riayət etməklə koronavirusdan qorunma yolları və doğru davranış qaydalarından bəhs edən məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər əhalinin görə biləcəyi məkanlarda: yaşayış binalarının girişində, liftlərdə, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilmişdir. Həmçinin YAP Naftalan şəhər təşkilatının gənc fəalları və könüllülər tərəfindən Bank, poçt, ATM, ödəniş terminalları, ticarət, ictimai-iaşə obyektlərinin və digər əhalinin sıx olduğu  yerlərin qarşısında şəhər sakinləri arasında sosial məsafənin gözlənilməsini təmin etmək məqsədi ilə “sosial məsafəni qoruyun” nişanları yenilənərək vurulub.
   Vətəndaşlar üçün bankomat və ödəniş terminallarından istifadə etdikdən öncə  və sonra əllərini dezinfeksiya etmələri üçün həmin yerlərdə dezinfeksiyaedici məhlullar yerləşdirilib.

 

Keçidlər