Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib
İyulun 27-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov müracət edən vətəndaşlarla növbəti onlayn qəbul keçirib.
Onlayn qəbulda səslənən müraciətlər dinlənildikdən sonra bir neçə vətəndaşa müvafiq izahat verilib, bəzi qaldırılan məsələlərin həlli aidiyyəti qurum və təşkilat rəhbərlərinə tapşırılıb və onların həlli nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlər müzakirə zamanı həllini tapıb.
Ümumilikdə 25-dən çox vətəndaşın müraciəti dinlənilib. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələrlə bağlı olub
Qəbulda iştirak edənlərə “Made in Azerbaijan” brendi altında Bakı Tekstil Fabrikinin istehsalı olan tibbi maskalar verilərək onlara karantin rejiminin tələblərinə əməl etmələri tövsiyə edilib.
Qeyd edək ki, bir müddət öncə fabrikin istehsal etdiyi 2000-dən artıq tibbi maska Naftalan şəhər könüllüləri tərəfindən şəhər əhalisinə paylanılmışdır.
Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.