Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və müharibə əlilləri daim dövlətin qayğısı ilə əhatə olunur

23 iyul 2020 | 09:00

Möhtərəm Prezident cənab İlham Əliyevin 2018-ci il Prezident seçkisindən sonra imzaladığı ilk fərmanla 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına 11 min manat birdəfəlik ödəmə təyin edilmişdir. Möhtərəm Prezidentin bu Fərmanı ilə 12 mindən çox şəhidin 18 mindən çox vərəsəsinə birdəfəlik ödəmələr verilmişdir. Bu fərmandan öncə də dövlət başçısı şəhid ailələrinə və müharibə əlillərinə qayğı göstərilməsini ön plana çəkmişdir. Son illər dövlət başçısının sərəncamları ilə hər il Böyük Vətən Müharibəsinin ildönümündə BVM-si əlillərinə, iştirakçılarına və onlara bərabər tutulanlara birdəfəlik yardımlar verilməsi təmin edilmişdir. Ölkə başçısının ayırdığı vəsait hesabına son illər Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev verilib. Hər il şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin sayı artmaqda davam edir. Əvvəlki illərdə onlara 500, 600, 700 mənzil verilirdisə 2019-cu ildə bu mənzillərin sayı 934-ə çatdırılmış və 2020-ci ildə isə 1500-ə çatdırılması nəzərdə tutulmuşdur.
   Möhtərəm Prezident dövlətin iqtisadiyyatını daha da gücləndirilməsi  istiqamətində apardığı siyasətin nəticəsidir ki, büdcəmizdə böyük potensial yaranır. Bu vəsaitlə də əsasən sosial siyasət həyata keçirilir. Məhz bu potensialın hesabına 2018-2019-cu illərdə 865 müharibə əlili avtomobillə təmin olunub, 2020-ci ilin ötən dövründə onlara 150 avtomobil verilib və ilin sonuna kimi 400 avtomobilin də verilməsi planlaşdırılıb. Ümumilikdə 6900 müharibə əlili avtomobillə təmin olunub. Dövlət büdcəsinin potensialı hesabına 2019-cu ildə şəhid ailələrinə, müharibə əlillərinə verilən müavinət 20 faiz, pensiyalar, əmək haqqlar dövlət büdcəsinin gəlirləri hesabına artırılıb. Ötən illər işsiz əhali ictimai işlərə cəlb edilib, 2020-ci ildə pandemiya dövründə 90 min vətəndaşımız ictimai işə cəlb olunub. Neftin qiyməti kəskin şəkildə azalsa da digər sahələrdə inkişaf tempi artmaqda davam etmişdir. Bu da imkan verir ki, büdcəmizdə ehtiyat vəsait yaransın və bu vəsaitlə də bütün sahələrdəki mövcud layihələr həyata keçirilsin.     
    Pandemiya dövründə dünya ölkələri kredit axtardığı zamanda Azərbaycan ÜST-na 10 milyon manat yardım verməsi, 30-a kimi ölkələrə humanitar yardım göstərməsi, pandemiyaya dəstək fonduna 20 milyon manat vəsait ödəməsi büdcəmizin inkişafının real təzahürüdür.
Lakin bütün bunlar Azərbaycan xalqını sevindirsə də düşmənlərimiz, o cümlədən daxili düşmənlərimiz xaos yaratmaq, yenə də torpaqlarımızın işğal olunması istəklərindən əl çəkmirlər. İyulun 12-də Ermənistanın təxribatı nəticəsində Tovuz rayonu istiqamətində dövlət sərhədlərinin pozulması hərbiçilərimizin və dinc əhalimizin şəhid olması xalqımızda  bir daha səfərbər olmaq zərurəti yaratmışdır. Torpaqlarımızı yağı düşməndən qorumaq üçün silaha sarılmaq istəyi Azərbaycan xalqının mərdliyindən vətənpərvərliyindən xəbər vermişdir. Bu ərəfədə 50 min nəfərə yaxın Azərbaycan vətəndaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə vətəni qorumaq üçün müraciət etmişlər.
     Azərbaycan Ordusu düşmənin mövqelərini, canlı qüvvəsini, texnikasını məhv etməsi xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır. Azərbaycan vətəndaşları bu qələbəni alqışlamaq üçün Şəhidlər Xiyabanında dinc aksiya keçirmişlər. Lakin Xalq cəbhəsinin tör-töküntülərinin aksiya iştirakçıları arasında təxribat aparması çox təəssüf doğurur. Dövlət başçısının pandemiya şəraitində keçirilən zirvə görüşlərində BMT Baş Assambleyasını Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü 130 ölkə tərəfindən dəstəkləndiyi halda Ermənistan bu təşəbbüsü qəbul etməmişdir. Ölkəmizin qüdrətinin artması,  beynəlxalq aləmdə qəbul edilməsi düşmənlərimizdə qıcıq hissi yaratmışdır və onlar öz təcavüzkar siyasətinin həyata keçirilməsinə cəhd göstərmişlər. Ermənistanın bu işğalçılıq siyasətinin qarşısı çox böyük şanlı qələbə ilə alındı. Onların KTMT-na müraciəti qəbul edilmədi. Bu beynəlxalq təşkilatların üzvü olan  Qazağıstan, Qırğızıstan, Belarus Azərbaycanı dəstəkləməklə təcavüzkarın əməllərini pislədilər.
    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın tapşırığına əsasən fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşüblər. Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərilir. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim fondun nəzarətində olacaqdır. Qarşıdakı günlərdə fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında şəhid ailələrinə baş çəkəcəklər.
    Azərbaycan dövlətinin  başçısı, Ali Baş Komandanımız bütün beynəlxalq təşkilatlarla apardığı danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsaslı şəkildə həll edilməsinə və xalqımızın işğal olunmuş ərazilərə qayıtmasına çalışır və buna nail olacaqdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin olunmalı, yurd-yuvasından müvəqqəti köçürülənlər öz doğma torpaqlarına qayıtmalıdır. Bütün danışıqların başlıca qayəsi bundan ibarətdir.

Keçidlər