Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə reydlər davam etdirilir.

22 iyul 2020 | 16:00

Naftalanda koronavirus infeksiyasına qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə  yanaşı davamlı olaraq maarifləndirmə işlərinin gücləndirilməsi, sosial məsuliyyət və qaydalara riayət olunmasının vəziyyəti ilə bağlı tədbirlər həyata keçirilir.  
   Şəhər ərazisində pandemiyaya qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla aidiyyəti strukturların əməkdaşlarından ibarət 5 mobil qrup fəaliyyət göstərir. Mobil qrupların üzvləri tərəfindən müvafiq ərazi bölgüsü əsasında mütəmadi olaraq ticarət, ictimai-iaşə və xidmət obyektlərində, banklarda, həmçinin turizm obyektlərində əhalinin müəyyən olunmuş qaydalara və sanitar-epidemioloji tələblərə əməl etmələrinin  vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək məqsədilə reydlər keçirilir.
   Bu çərçivədə növbəti reyd Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Şəhər İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri ilə birgə ticarət, ictimai iaşə və şəhərdə fəaliyyət göstərən turizm obyektlərində həyata keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
   Reyd keçirilən obyektlərdən “Şəfa Vannaları 2” MMC-də  Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı sözügedən MMC barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

 

Keçidlər