Naftalanda mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədinə yönəldilmiş qabaqlayıcı tədbirlər davam etdirilir. Şəhər ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Şəhərin küçə, prospekt və yolları texnikalar vasitəsilə dezinfeksiyaedici kimyəvi məhlulla növbəti dəfə yuyulub. Çoxmənzilli yaşayış binalarının ümumi istifadə yerlərində, binaların həyətindəki söhbətgahlarda, parklarda, ticarət və xidmət obyektlərində, ödəniş terminalları və bankomatlar olan yerlərdə dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, şəhər ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Həmçinin infeksiyaya qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə bərabər əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirlərinin artırılması istiqamətində də işlər davam etdirilir.