Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir

14 iyul 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə şəhər ərazisində fəaliyyət göstərən ictimai iaşə və ticarət obyektlərində reyd keçirilib, sahibkarlarla  profilaktik söhbətlər aparılıb, karantin rejimi qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib.
    Reyd zamanı karantin rejimi qaydalarını pozduğuna görə iki obyekt sahibinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə tətbiq olunub.
   Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən zəruri tədbirlər bundan sonra da davam etdiriləcək.

 

Keçidlər