Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Şəhər İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirilib

13 iyul 2020 | 16:00

Naftalanda sakinlərin qarşılaşdığı problemlər və onların həlli ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi həmişə diqqət mərkəzindədir. Pandemiya ilə əlaqədar olaraq  şəhər sakinləri ilə mütəmadi olaraq onlayn qaydada görüşlər keçirilir, onları narahat edən məsələlər həll edilir.
     İyulun 13-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilmişdir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən bir sıra məsələlər elə qəbul zamanı həll olunmuşdur. Həmçinin vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərə dair onlara müvafiq izahat verilmiş və ya  həlli ilə əlaqədar araşdırılıb müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilərək nəzarətə götürülmüşdür. Ümumilikdə  ayrı-ayrılıqda 20-dən çox vətəndaşın müraciəti  dinlənilib,
  Onlayn  qəbul  zamanı şəhər rəhbəri bir daha hər bir vətəndaşa karantin rejiminin şərtllərinə əməl etmələrini  tövsiyə edib.
    Qəbula gələnlər  onların şikayət və təkliflərinin  dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər