Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya bəyan etdi

11 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına geniş müsahibə vermişdir. Ölkə başçısı müsahibəsində qeyd etmişdir ki, Ermənistanın daxilində də demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alıb. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlardan müdafiə edir. Bunu Avropa Şürası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlarından istifadə edərək Ermənistanı bütün tənqidlərdən qoruyurdu. Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökümət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayanır, bunu hamı yaxşı bilir. Ermənistan müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz.
    Ancaq Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan “çətir” artıq deşilibdir. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən icraçı faşistdir. Bunu biz deyirik və artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat var. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist ermənilərin qəhrəmanlıq simvoludur.
    Ermənistanın yeni rəhbərliyi keçmiş hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Açıq etiraf edilir ki, 1998-2018-ci illərdə Ermənistana quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa etməyə başlayıblar. Son iki ildə də rüşvətxorları, cinayətkarları diktator əvəzlədi. İndi də insanların haqları kobudcasına pozulur, jurnalistlər həbs edilir, hətta bir jurnalist bu haqsızlığa dözməyərək həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ancaq beynəlxalq təşkilatlar buna reaksiya vermir. ATƏT-in media üzrə nümayəndəsi, Avropa Şurası və digər insan hüqüqlarının müdafiəçisi olan beynəlxalq təşkilatlar Ermənistandaki bu pozuntuları tənqid etmirlər. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Lakin beynəlxalq təşkilatlar Azərbaycan haqqında iftiralar uydurmaq üçün dəridən-qabıqdan çıxır, şişirdilmiş rəqəmlər və faktlar yazmağı özlərinə borc bilirlər. Heç kimdə şübhə yoxdur ki, bu qurumlar tərəfindən Azərbaycan haqqında verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır və siyasi sifarişdir. Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, lakin bizə şər atanlar böhran içərisindədir.
    Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalı olaraq dəyişməz qalır. Heç vaxt Azərbaycanın torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcək, işğal edilmiş torpaqlar azad ediləcək və Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqdır. Azərbaycanın bu mövqeyi prinsipial mövqedir və dünya birliyi də bu mövqeyi dəstəkləyir. Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar BMT, BMT Təhlükəsizlik Şurası Baş Assambleyası, Qoşulmama hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatlar kifayət qədər qətnamələr qəbul ediblər. Bu hüquqi müstəvidir, Azərbaycanın mövqeyini möhkəmləndirən bir əyani sübutdur. Odur ki, Azərbaycan tərəfi danışıqlar prosesində heç bir dəyişiklik aparmadan öz mövqeyini tam əminliklə davam etdirəcəkdir.
     ATƏT-in Minsk qrupu Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” deməsinə cavab vermir, heç bir bəyanət qəbul etmir. Buna Azərbaycan Respublikasının Prezidenti ən yüksək görüşlərdə cavab verir. Ermənistan tərəfi son iki ildir ki, danışıqlar formatını dəyişmək istəyir, bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın saxta dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilmiş saxta prezidenti Şuşada andiçmə mərasimi keçirir. Bura ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar tərəfindən heç bir reaksiya verilmir, Şuşada toy-bayram keçirilir. Yenə də beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatının qarşısının alınması üçün heç bir bəyanət qəbul etmir, susmağa üstünlük verirlər.
     Bütün bu münaqişədə ATƏT-in Minsk qrupunun bir bəyanatı var- hərb variantı mümkün deyil. Lakin BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ var. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz məskunlaşma aparır, ATƏT-in faktaraşdırıcı missiyası isə 10 ildən artıqdır ki, heç bir araşdırma aparmır. Azərbaycanın yaşayış yerlərinin adları dəyişdirilir, işğal edilmiş torpaqlarda kilsələr tikilir. Yenə ermənilər deyəcəklər ki, bura da erməni  torpağıdır. Amma nə Minsk qrupu,  nə də ki digər beynəlxalq təşkilatlar heç bir bəyənat vermək istəmir. Faktlar isə kifayət qədərdir. Suriyadan və digər ölkələrdən ermənilərin işğal olunmuş ərazilərə köçürülməsi davam edir.
   Bu gün ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfransları vasitəsi ilə davam etdirilir. Bu sadəcə olaraq Minsk qrupunun fəaliyyətdə olduğunu göstərir. Azərbaycan öz mövqeyində heç bir dəyişiklik aparmadan dayanır, haqq-ədalətin tərəfimizdə olduğunu beynəlxalq arenada da göstərib, döyüş meydanında da göstərib, Aprel döyüşləri də heç kimin yadından çıxmayıb. Buna görə də beynəlxalq təşkilatlara bir daha səslənirik: “Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına son qoyulsun!”

Keçidlər