Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı karantin rejiminin tələblərinin icrası vəziyyəti ilə yerində tanış olub

10 iyul 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində banklarda, ticarət və iaşə obyektlərində və digər qapalı məkanlarda monitorinqlər aparılır. Operativ qərargahın qərar və tövsiyələrinin yerlərdə həyata keçirilməsinin icrası  vəziyyəti yoxlanılır.
     Şəhər rəhbəri Vüqar Novruzov karantin rejiminin tələblərinə riayət edilməsinin vəziyyəti ilə tez-tez yerində tanış olur və müvafiq tədbirlərin görülməsini daim nəzarətdə saxlayır. Bu məqsədlə növbəti dəfə şəhər ərazisində  karantin rejiminin tələblərinin icrası vəziyyəti ilə bağlı reyd keçirilib, sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi bildirilib.
    Reyd zamanı bəzi ticarət və ictimai iaşə obyektlərində sanitar qaydaların pozulması, tibbi qoruyucu vasitələrdən istifadə edilməməsi və sosial məsafənin gözlənilmədiyi hallar müşahidə edilib. Xüsusi karantin rejiminin  tələblərinin pozulduğu aşkarlanmış iki obyekt sahibinə xəbərdarlıq edilmiş, altı obyekt sahibinə isə aidiyyəti qurumlar tərəfindən protokol tərtib edilərək cərimə tətbiq olunmuşdur.
      Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən zəruri tədbirlər bundan sonra da davam etdiriləcək və tələblərə əməl etməyənlər barədə ən sərt tədbirlər görüləcək.

 

Keçidlər