Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiyamızın qarantı cənab Prezidentin verdiyi müsahibə pandemiya ilə əlaqədar xalqımızı bir daha birliyə çağırır

10 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına geniş müsahibə vermişdir. Ölkə başçısı müsahibəsində qeyd etmişdir ki, modul tipli xəstəxanada 800 xəstənin yerləşdirilməsi üçün tam şərait yaradılıb. COVİD-19 xəstələrinin sayı artdığına görə xəstəxanalarda 2 ay ərzində 2 mindən çox xəstənin yerləşdirilməsi mümkün olacaqdır. Artıq respublikamızda 5 modul tipli xəstəxana fəaliyyət göstərir. Modul tipli bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarı biz vaxtında vermişik. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların 36-nın tikintisi üçün son müddət ərzində sərəncam imzalamışam. Biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik-yəni xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3000, “Yeni klinika” da əlavə 350.
    Fevral ayında cəmi 6 laboratoriyamız fəaliyyət göstərirdi, hazırda bu laboratoriyaların sayı 29-a çatıb,15 yeni laboratoriya sifariş edilib. Bu günə kimi ölkəmizdə 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada 40-cı yerdədir. Koronavirusla bağlı fəaliyyət göstərən 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir və ən yüksək standartlara cavab verir. COVİD-19-la bağlı atdığımız addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu xəstəlikdən az itkilərlə çıxa bilək.
    Bir müddət əvvəl pandemiyaya yoluxanların sürətlə artan sayı indi sabitləşib. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Eyni zamanda mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Əgər qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik.
  Ölkəmizdə pandemiya başlayandan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülmuş işlərə yüksək qiymət vermişdir. Biz bu təşkilatı beynəlxalq arenada da dəstəkləyirik, ona maliyyə yardımı da etmişik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Azərbaycan tərəfindən təşkil olunmuş zirvə görüşündə də iştirak  etmişdir.
    Əlbəttə pandemiya dünya iqtisadiyyatına böyük zərbə vurdu və Azərbaycan da  dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu bizim vəziyyətimizə də  mənfi təsir göstərir. Azərbaycan iqtisadiyyatı beş ayın yekununa görə 1,7 faiz tənəzzülə uğradı. Bu bərpa ediləcəkdir. Ona görə də bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz bir mənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik.
Əksinə bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətən daha təsirlidir. Bu il köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin ediləcəkdir.
    Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək, adətən ildə   700-800 mənzil verilirdi, iyirmi il orduda qüsursuz xidmət etmiş hərbiçilərə 400- dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların da sayı artıbdır. Bu rəqəm təqribən 85 min ailə, 300 mindən çox insandır.
İşçiləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur ki, o vəsaitin də artıq bir hissəsi xərclənmişdir.
     Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq öz müsbət nəticəsini verdi. Beş ayın yekununa görə bu sahədə 3 faizdən artıq artım müşahidə edildi. Qeyri-neft sənayesi sahəsində artımın beş ayın ərzində 16 faiz olması son illər bu sahədə sənayeləşmə prosesinin təzahürü kimi qiymətləndirilir.
     Dünya bazarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq 6 ay ərzində bizim valyuta ehtiyatımız 98 milyon dollar azalıb. Biz daha böyük düşmə, tənəzzül gözləyirdik. Büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Bu bizim üçün böyük itkidir. Hətta özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirlər, toy-bayram edirlər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə ölkə böyük problemlə üzləşəcək. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissi ilə yaşayır. Neftin qiyməti hətta 14 dollar olsa belə biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi- maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla  bacara biləcəyik.
     Azərbaycan pandemiya dövründə 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərmişdir. Əlbəttə çətin günlərdə ölkələrin bir-birinə dəstək vermələri müsbət haldır. Ümumdünya Səhiyyə Təşkilatina 10 milyon dollar ianə verilmişdir. Bu Ümumdünya Səhiyyə Təşkilatının öz planlarını həyata keçirməyə və ağır vəziyyətdə olan Qoşulmama Hərəkatına üzv ölkələrə kömək məqsədi ilə edilmişdir.
    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri pandemiyaya qarşı birgə mübarizəyə həsr edilmişdir. Bu Beynəlxalq təşkilatların zirvə görüşünün iştirakçıları Azərbaycanın növbəti təşəbbüsünü BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini yüksək qiymətləndirmişlər. Artıq 130-dan çox ölkə Azərbaycanın təşəbbüsünü dəstəklədi.
   BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin əleyhinə  səs verən yeganə ölkə Ermənistandır. Bu onların Azərbaycan xalqına, Azərbaycan dövlətinə nifrətinin təzahürüdür. Ermənistan əslində özlərini çox gülünc vəziyyətdə qoydu. Bizim təşəbbüsümüzü 130-dan çox ölkə rəsmən dəstəklədi. Dünya dövlətlərinin bu təşəbbüsü dəstəklədiyi bir anda Ermənistan yenə də öz faşist mövqeyini göstərir. Faşist ideologiyası üstünlük təşkil edən bir ölkə özünü beynəlxalq aləmdən təcrid edir, pandemiya ilə mübarizədə acizliyini göstərir, bir neçə xarici ölkələrdən yardım dilənir, hansısa yardım hesabına yaşamağa çalışır. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. İnanırıq ki, dünya ictimaiyyəti bir daha Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.

Keçidlər