Naftalanda aztəminatlı ailələrə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən “Procter&Gamble” məhsulları paylanılıb
10 iyul 2020 | 05:15
Xüsusi karantin rejimi dövründə xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və təqaüdçülərə AzQAC tərəfindən “Procter&Gamble” şirkətinin dəstəyi ilə gigyenik vasitələrdən ibarət bağlamalar paylanılıb.
Bağlamalar Şəhər İcra Hakimiyyətinin və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan 35 ailənin ünvanına çatdırılıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.