Naftalan şəhərində karantin rejiminin tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədilə növbəti monitorinq keçirilib
Xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərin icrası və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Naftalanda zəruri tədbirlər davam etdirilir, dezinfeksiya və maarifləndirici tədbirlər mütəmadi olaraq aparılır.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Polis şöbəsinin rəisi Zaur Bədəlov, Naftalan Bələdiyyəsinin sədri və Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru şəhər ərazisində karantin rejiminin tələblərinə riayət edilməsi və icrası vəziyyəti ilə yaxından tanış olub, sakinlərlə profilaktik söhbətlər edib, onlara özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi bir daha xatırlanıb. Rejimə əməl etməyən iki obyekt sahibinə ciddi və son xəbərdarlıq edilərək aidiyyəti qurumlar tərəfindən inzibati qaydada cərimə tətbiq olunub.
Həmçinin İctimai-iaşə obyektlərində, bərbərxanalarda, kafe və restoranlarda, banklarda və taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların sanitariya-gigiyena normalarına və qaydalarına, eləcə də dezinfeksiya rejiminə ciddi əməl edilməsinin vəziyyəti ilə də tanış olunub.
Əlavə olaraq apteklərə baxış keçirilib. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, kifayət qədər qoruyucu vasitə və dezinfeksiyaedici məhlullar ehtiyyatda var.