Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşlarla onlayn qəbulu keçirilib

29 iyun 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov iyunun 29-da növbəti onlayn qəbulunu keçirib. Qəbulda  ayrı-ayrılıqda 30-dan çox vətəndaşın müraciəti  dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
     Dinlənilmiş bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və mümkün olan problemlər müzakirə zamanı həllini tapıb. Digərlərinin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib.
     Video qəbul zamanı şəhər rəhbəri bir daha vətəndaşlara özlərinin və yaxınlarının sağlamlığı üçün karantin rejiminin qaydalarına riayət etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmaqlarını tövsiyə edib.
     Qəbula gələnlər onların şikayət və təkliflərinin  dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər