Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə tanış olub

25 iyun 2020 | 16:00

Xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərin icrası və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində zəruri tədbirlər davam etdirilir, maarifləndirici və dezinfeksiya tədbirlər  mütamadi olaraq aparılır.
      Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Polis şöbəsinin rəisi Zaur Bədəlov şəhər ərazisində  karantin rejiminin tələblərinə riayət edilməsinin vəziyyəti ilə yaxından tanış olub, sakinlərlə profilaktik söhbətlər edib, onlara özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.
      Həmçinin şəhər İH tərəfindən sakinlərə dəst olaraq-tibbi spirt, maskalar və əlcəklər paylanılaraq onlara qoruyucu vasitələrdən - maska və əlcəkdən mütəmadi istifadə olunmasına riayət edilməsi tövsiyyə edilib.
       Əlavə olaraq apteklərə baxış keçirilib. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, qoruyucu vasitə və dezinfeksiyaedici məhlullar kifayət qədərdir.

 

Keçidlər