“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”
20 fevral 2014-cü il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda ilk dərs tədris olunmuşdur. Şagirdlər öncə Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, Mərkəzdə Ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallarla, fotoşəkil və eksponatlarla tanış olmuşlar.
Daha sonra şəhərin S.Vurğun adına 2 №-li tam orta məktəbinin tarix müəllimi tərəfindən “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda 2 akademik saat keçirilmişdir.
Şagirdlərə Ulu Öndərin həyatı və fəailiyyətləri barədə geniş məlumatlar verildi. Onların diqqətinə çatdırıldı ki, dahi öndərin həyatını vərəqləsək Azərbaycan xalqına misilsiz xidmətlərinin parlaq nümunələri gözlərimiz önündə canlanar. Azərbaycan xalqı üçün Heydər Əliyev dahi və əvəzolunmaz tarixi şəxsiyyətdir.