Naftalan Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti onlayn qəbulu keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 22 iyunda vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Keçirilən növbəti video qəbulda 20-dən çox vətəndaşın müraciəti dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Dinlənilmiş bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Video qəbul zamanı şəhər rəhbəri bir daha vətəndaşlara özlərinin və yaxınlarının sağlamlığı üçün karantin rejiminin qaydalarına riayət etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmaqlarını tövsiyə edib.
Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.