Ermənistan hakimiyyətinin tənəzzülü
Ermənistanda koronavirus pandemiyasının sürətlə yayılması Baş nazir Nikol Paşinyanın mövqeyini daha da sarsıtmışdır. Bu gün Ermənistanın Baş naziri növbəti utopik fikri ilə guya virusun sürətlə yayılması səbəbini əvvəlki iqtidarın dövründə səhiyyə sisteminin inkişafına diqqətin yetirilməməsi ilə əlaqələndirməyə çalışır. Paşinyan koronavirusa qarşı mübarizə aparmasına köməklik göstərilməsi üçün dünya ölkələrinə müraciət etməsi bir daha onu göstərir ki, hökumətin durumu olduqca çətindir. Bu çətinlik yalnız Paşinyan və xalq üçün deyil bütün Ermənistan üçün olduğu göz önündədir.
Erməni mətbuatı parlamentdə xüsusilə “Çiçəklənən Ermənistan” partiyasının başçısı Qagik Tsarukyanın tərəfdarlarının fəallaşması Baş naziri və onun tərəfdarlarını müxalifətə qarşı total və qeyri-siyasi hücumlara başlamasına və beləliklə də birbaşa Milli Təhlükəsizlik Xidməti vasitəsilə “Çiçəklənən Ermənistan” partiyasının bütün ofislərində səbəb göstərilmədən yoxlamalar keçirilməsinə bir başa start verilmişdir. 14 iyunda MTX əməkdaşlarının Tsarukyanı ona ittiham irəli sürülmədən saxlanılması və sorğuya çəkilməsi parlamentdəki partiyasının tərəfdaşlarının Təhlükəsizlik Xidmətinin binası qarşısında mitinq keçirməsinə, “Paşinyan get”, “Tsarukyan Baş nazir” şüarları səslənməsinə gətirib çıxarmışdır. Mitinqlərdə iştirak edən Ermənistan parlamentinin üzvləri də olmaqla 90 nəfərin saxlanılmışdır. 15 iyunda Ermənistanın Baş Prokurorluğu parlamentə “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyanın deputat toxunulmazlığının məhrum edilməsi məsələsi ilə bağlı müraciət göndərməsi, iyunun 16-da parlamentdə 87 səslə “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının parlament fraksiyası iclasda iştirak etmədən Tsarukyanın deputat toxunulmazlığının aradan qaldırılması ilə nəticələnmişdir. Ermənistan hökuməti Tsarukyana qarşı aparılan bu işləri hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də siyasi partiyalar hökumətin bu hərəkətini siyasi məqsəd daşıdığı kimi qiymətləndirirlər.
Tsarukyan tərəfdarlarının 17 iyunda Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərsə də Ermənistan hökuməti bu aksiyanın qarşısının alınması üçün ciddi tədbir görmüş, yüzlərlə insan saxlanılmış, aksiyanı işıqlandıran jurnalistlərə qarşı polis tərəfindən güc tətbiq edilmişdir. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryanın həbsxanada etdiyi aclığın ardınca vəfat etməsinə də beynəlxalq təşkilatlar heç bir reaksiya verməmişdir. Bununla da bir daha Ermənistan hökumətinin insanların azad toplaşma hüququnu pozmaq üçün atdığı addımlar dünyanın gözü qarşısında baş versə də beynəlxalq təşkilatlar, Ermənistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, AŞPA, ATƏT-in Medya Azadlığı üzrə nümayəndələri, ABŞ Dövlət Departamenti, ABŞ-ın Ermənistandakı səfiri, beynəlxalq QHT-ləri özlərini elə aparırlar ki, sanki Ermənistanda heç nə baş verməyib.
Hazırda Ermənistanın Baş naziri olan Paşinyan hakimiyyətə gəldiyi gündən tanınmış siyasi və ictimai xadimlərə qarşı geniş şəkildə repressiv tədbirlər keçirməsini və siyasi rəqiblərini bir-bir həbsə ataraq onları “asfalta uzatmaqla” hədələməsi bir daha sübut edir ki, diktator rejimi onu siyasi bataqlığa yəni böhrana aparır. Paşinyanın yeganə məqsədi öz hakimiyyət müddətini uzatmaqdan ibarətdir. Erməni oliqarx Samvel Aleksanyanla qohumluq əlaqələrinin formalaşması və onların əsil niyyətləri isə dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələridir. Küçə adamından Baş nazir pilləsinə kimi irəliləmiş Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi, 2018-ci ildə küçə yürüşlərinin, mitinqlərinin və kütləvi aksiyalarının arxasında hansı qüvvələrin dayandığı Ermənistanda və dünyada hər kəsə bəllidir. Ermənistanda digər düşüncəlilərin, anti-sorosçuların, ictimai-siyasi xadimlərin həbsi də bu günün reallıqlarıdır.
Oradakı hakimiyyət ilə kilsə arasında da ciddi fikir ayrılıqları mövcuddur. Ermənilər yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda Paşinyanın kilsəyə axan pulun böyük hissəsinə nəzarət etmək istəyi kilsə rəhbərinin qaçması ilə nəticələnmişdir.
Qərbin ikili standartlarının ən bariz nümunəsi 2017-ci ildə Ermənistanda keçirilən parlament seçkisinə olan reaksiyasıdır. Qərb təşkilatlarının rəyində parlament seçkisində azadlıqlara əməl edildiyi göstərilsə də 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın Baş naziri Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş parlament seçkilərinə toxunaraq qeyd etmişdir ki, 25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır.
Havadarlarının hərbi-siyasi dəstəyi ilə torpaqlarımızı işğal etmiş və bu işğalı davam etdirmək niyyətində olan Ermənistanın daxili ictimai-siyasi vəziyyəti, ümumi işğalçı ilə bağlı hər şeyin aydın olduğu bir zamanda, hətta ermənistan hökumətinin COVİD-19 pandemiyasına qarşı mübarizədə vətəndaşların səhiyyə və sosial problemlərini həll edə bilmədiyi, müxalifət cəbhəsindən Baş nazir Paşinyana qarşı ciddi ittihamların genişləndirilməsi və Ermənistanda yaşanan bu gərginliklər beynəlxalq ictimaiyyət tərəfindən heç nə olmamış kimi qarşılanır.
Lakin AŞPA-sı və ATƏT-in Media Azadlıq üzrə nümayəndələri digər ölkələrdə və xüsusən də Azərbaycanda baş verən ən xırda məsələlərə reaksiya verməklə dünya ictimaiyyəti tərəfindən ölkəmizdə aparılan sosial-iqtisadi inkişafın sürətləndirildiyi, əhalinin aztəminatlı təbəqəsinin sosial şəraitinin yaxşılaşdırıldığı, ÜST tərəfindən dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda aparılan işlərin yüksək qiymətləndirildiyi, Azərbaycanın könüllü olaraq ÜST-ə ianə verməsini və 29 ölkəyə humanitar yardım göstərməsini və digər məslələrə qeyri-obyektiv yanaşması yalnız təəssüf doğurur.