Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans keçirib

19 iyun 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər və kənd  inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə videokonfrans keçirib.
      Şəhər rəhbəri ilk növbədə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində həyata keçirilən geniş miqyaslı tədbirlərdən  danışıb və bu işlər nəticəsində Azərbaycanın pandemiya ilə mübarizə sahəsində ən uğurlu nəticələr əldə edən ölkələr sırasında dayandığını qeyd edib.
     Sonra xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərə və şəhərdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərə toxunub.
   Şəhər rəhbəri bir daha yeni qərarda nəzərdə tutulan qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılması barədə göstəriş verib. Xüsusən də sanitar-epidemiloji tədbirlərin icrasına nəzarətin daha da gücləndirilməsi və sakinlərlə yaxından, düzgün iş qurulması, vətəndaşların qayğıları və tələbləri ilə daha ciddi maraqlanılması barədə  tapşırıq verib.
    İcra başçısı  karantin rejiminin yumşaldılmasına baxmayaraq profilaktik tədbirlərin davam edəcəyini bildirərərək, bu işdə səylərin artırılmasını və qarşıya çıxa biləcək hər hansı çətinliklər barədə Şəhər İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargaha dərhal məlumat verilməsini nümaytəndələrin nəzərinə çatdırıb.

 

Keçidlər