Naftalan fəalları “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə "Qurtuluş - könüllülərin gözü ilə" adlı yaradıcılıq müsabiqəsinin qalibləri oldu
“15 iyun - Milli Qurtuluş Günü” münasibətilə "Qurtuluş - könüllülərin gözü ilə" adlı yaradıcılıq müsabiqəsinin qalibləri bəlli oldu. Könüllülərimiz böyük xilaskar, Ümummilli lider Heydər Əliyevin vətən və millət qarşısında xidmətlərini unutmur və onun irsinə sadiqlik nümayiş etdirərək bu müsabiqədə fəal iştirak etmişlər.
Milli Məclisin deputatı Anar Məmmədov karantin rejimi ilə əlaqədar olaraq qalibləri onlayn şəkildə təbrik edib, Milli Qurtuluş Günü münasibətilə arzularını çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nümayəndələr tərəfindən qaliblərə diplom və hədiyyələr təqdim olunub.
96 saylı Goranboy - Naftalan seçki dairəsi üzrə qeydiyyatda olan fəalların iştirakı ilə “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə "Qurtuluş - könüllülərin gözü ilə" adlı yaradıcılıq müsabiqəsində I və II yerləri məhz Naftalan fəalları tutublar.
Qalibləri təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.