Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin bu təqdirəlayiq addımı hər bir kəs üçün nümunə olmalıdır

05 iyun 2020 | 16:00

  Hər bir sadə Azərbaycan vətəndaşı ölkə başçısının yürütdüyü siyasi kursun fəlsəfəsini anlayır. Prezidentə dəstək verən insanlar bunu nə üçün etdiklərini əminliklə bilirlər.
      Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirdi.Bu bir daha Azərbaycan xalqının bir olduğunu sübut etdi.
     COVID-19 pandemiyası zamanı Azərbaycan epidemiyadan sığortalanmasa da, pandemiyanın pik həddindən qorunmağı bacarıb. İndi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Hökumətlərin atdığı addımların səmərəliliyi xalqın gələcək etimadı anlamına gəlir.
    Prezident seçildiyi  gündən həmişə xalqın yanında olan,əhalinin qayğıları ilə yaşayan Cənab Prezidentimiz  əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların – işsizlərdən tutmuş sahibkarlara qədər hər kəsin dövlətdən ayrılan payı olduğunu əhaliyə bir daha sübut etdi.
    Azərbaycan xalqının sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi tətbiq olunub. Biz yaxşı başa düşməliyik ki, sağlam qalmaq üçün özümüzü müvəqqəti olaraq təcrid etməliyik. Qapanma  yalnız həftənin 2 gününü əhatə edir.Bu o deməkdir ki,ölkədə kifayət qədər ərzaq ehtiyatımız var.Həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızı  heç bir narahatçılığın  olmamasına səsləyir.
         Evdə qalmalıyıq ki, normal həyatımıza sağlam dönək.
        Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtər və Ağcabədi rayonlarında bir sıra dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Yalnız bu yolla, vətəndaş-dövlət birliyi nəticəsində pandemiyaya qalib gələ bilər, ailə üzvlərimizi qoruya bilərik.
     ÜST-nın məlumatına görə, MDB məkanındakı vəziyyət bəzi Avropa ölkələrindən daha nikbin görünür. Bölgənin lider dövlətlərindən olan Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi.Bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi verir.  İş yerlərinin qorunması, koronavirus pandemiyasından zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək cox önəmlidir.
      Qlobal pandemiya zamanı bu göstərici Azərbaycan Respublikasının uğurudur, təbii  burada ölkəmizin səhiyyə sistemini də vurğulamaq gərəkir.
      Gündən-günə çiçəklənən ölkəmizdə inkişaf edən iqtisadiyyatımızın hər sahəsində əldə olunan nailiyyətlər hər bir Azərbaycan vətəndaşını qürurlandırır və bizləri daha məsuliyyətli olmağa məcbur edir.
     Dünyanı vahiməyə salan koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda möhtərəm cənab Prezidentimizin müdrik rəhbərliyi sayəsində Azərbaycan xalqı  tezliklə bu bəladan xilas olacaq!

Keçidlər